Bəsrədə etiraz aksiyaları davam edir
Bəsrə əhalisi bir daha aksiya təşkil edərək, iqtisadi-sosial problemlərin həll edilməsini tələb edib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, İraqın Bəsrə vilayətində yerləşən Əl-Harisə məntəqəsinin sakinləri aksiya təşkil edərək, sosial-iqtisadi problemlərin həll edilməsi və yeni iş yerlərinin yaradılmasını istəyiblər.
Aksiya iştirakçıları Bəsrə-Meysan şose yolunu bağlayaraq, mərkəzi hökumətin və vilayət şuralarının xalqın tələblərini gerçəkləşdirməsini istəyiblər.
İraqın təhlükəsizlik qüvvələri isə etiraz aksiyasının keçirildiyi məkanda təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Ötən həftələr ərzində rayon statusu alan Əl-Harisə məntəqəsinin təqribən 200 min əhalisi var. Bu məntəqə ötən illərdə də sosial-iqtisadi problemlərə etiraz olaraq aksiyaların şahidi olub. Xalq əsasən işsizlik problemindən xeyli əziyyət çəkir.
Neftlə zəngin olan Bəsrə vilayəti artıq bir müddətdir ki. işsizlik, korrupsiya və bir sıra digər problemlərə etiraz olaraq aksiyaların şahididir.