Dek 26, 2018 11:31 Asia/Baku
  • ABŞ-ın immiqrant düşərgəsində daha bir uşaq həyatını itirdi
    ABŞ-ın immiqrant düşərgəsində daha bir uşaq həyatını itirdi

7 yaşlı Quatemalalı qız uşağının ABŞ polisinin təcridxanasında həyatını itirməsindən cəmi bir neçə gün sonra, bu ölkənin "sərhəd və gömrük mühafizəsi agentliyi" daha bir quatemalalı uşağın həyatını itirməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, ABŞ-ın sərhəd və gömrük mühafizəsi agentliyi verdiyi açıqlamada 8 yaşlı quatemalalı oğlan uşağının bu agentliyin təcridxanasında həyatını itirməsi xəbərini təsdiq edib.

ABŞ-ın Nümayəndələr Palatasının Texas Ştatından olan demokrat üzvü Şeyla Cekson bu uşağın həyatını itirməsinə reaksiya olaraq Tvitterdə paylaşdığı statusda yazıb: "ABŞ sərhədlərində nə baş verir? Bu bir zülmdür."

14 dekabrda da Jaklin Kal adlı 7 yaşlı quatemalalı qız şağı ABŞ-ın sərhəd və gömrük mühafizə agentliyinin təcridxanasında həyatını itirmişdi.

Jaklin Kal və atası sərhədi qanunsuz keçdikləri üçün həbs olunmuşdular.

ABŞ prezidenti Donald Trampın qanunsuz mühacirlərlə bağlı sərt siyasətləri ciddi tənqidlərə məruz qalıb.

Tramp qanunsuz mühacirlərin ölkəyə girişini önləmək üçün immiqrant uşaqları valideynlərindən alaraq, xüsusi təcridxanada saxlamalarına dair göstəriş verib.

Qəfəsə salınmış uşaqların vəziyyəti Trampın miqrasiya siyasətinə qarşı etirazların genişlənməsinə və bu göstərişin ləğv edilməsi tələbinin qaldırılmasına səbəb olub. Bu tələbin və artan etirazların ardınca Tramp öz qərarını ləğv etsə də, bu iki uşağın ölməsi immiqrantlara bağlı durumun heç bir dəyişiklik olmadan davam etməsindən xəbər verir.

 

Teqlər