ABŞ hərbçiləri yenidən İraq Kürdüstanına daxil olublar
-
ABŞ hərbçiləri yenidən İraq Kürdüstanına daxil olublar
İraq parlamentinin təhlükəsizlıik komissiyasınn üzvü amerikalı hərbçilərin gizli şəkildə Suriyadan İraq Kürdüstanına daxil olmaları və Ərbildə yeni hərbi baza tikmələrindən xəbər verib.
Kərim Əlivi bu gün əl-Məlumə informasiya portalı ilə müsahibədə bildirib ki, bir qrup amerikalı hərbçi Suriyadan geri çəkilərək, gizli surətdə və federal hökumətin xəbəri və ya icazəsi olmadan İraq torpağına daxil olub. O, deyib ki, Amerikanın bu hərəkəti İraqın suverenliyinə saymamazlıqdır.
İraq parlamentinin təhlükəsizlıik komissiyasınn üzvü yerli hökumətdən istəyibdir ki, ABŞ hərbçilərinin İraqın şimal və qərb vilayətlərindəki iştirakı qarşısında mövqe tutsun.
Əlivi bundan öncə də amerikalı qüvvələrin Suriyadan İraqın əl-Ənbar, Neynəva və Ərbil vilayətlərinə daxil olmalarına toxunaraq, xəbərdarlıq etmişdi ki, Vaşinqton Bağdadla imzalanmış strateji razılaşmadan sui-istifadə edərək, öz hərbi qüvvələrini Suriyadan geri çəkildikdən sonra İraq ərazisinə daxil etməyə çalışır.