Makronun yeni il çıxışı etirazçıların hiddətinə səbəb olub
Fransa prezidenti Emmanuel Makronun yeni 2019-cu milad ili münasibəti ilə etdiyi çıxışında anti-kapitalizm hərəkatına və müxaliflərin tələblərinə etinasızlıq göstərməsi bu hərəkatın üzvlərinin və müxalif partiyaların hiddətini doğurubdur.
Öz ikiaylıq etirazının davamında Parisin Şanz-Elize prospekti daxil olmaqla Fransanın müxtəlif şəhərləri, magistral yolları və meydanlarında Makronun yeni milad ili münasibətilə etdiyi çıxışa tamaşa etməkdə olan anti-kapitalizm hərəkatının üzvlərindən yüz minlərlə nəfər bu çıxışı dinlədikdən sonra qəzəblənərək bildirib ki, Makronu vəzifəsindən kənarlaşdıranadək öz etiraz aksiyasını davam etdirəcəkdir.
Anti-kapitalizm hərəkatının fəalları bildiriblər ki, on ölü, minlərlə yaralı və ya məhbus gətirmiş təqribən iki ay etirazdan sonra prezidentin, yeni il çıxışında Fransa xalqının acılarına məlhəm qoyacağını gözləyirdilər, lakin o, bir daha saymamazlıqla etirazçıların tələblərinin kənarından keçərək, təkrar cümlələr dilə gətirdi.
Hökumətə qarşı çıxan partiyaların başçıları da anti-kapitalizm hərəkatının fəalları ilə səs-səsə verərək, Makronun nitqini ümumi fikri yayındıran təsirsiz bir çıxış adlandırıblar.
İfratçı-sağçı "Milli Cəbhə" partiyasının lideri Marin Le-Pen bir twitt-də Makronu hoqqabaz, fırıldaqçı və odla oynayan xəstə adlandırıb.
Solçu "İtaət etməyən Fransa" partiyasının lideri Jan Lük Melanşon da Makronun çıxışını ümumi fikrin aldadılması kimi qiymətləndirib.
Bəzi analitiklər bu qənaətdədirlər ki, Makron öz sonuncu şansını itirdi.