Yan 06, 2019 10:55 Asia/Baku
  • Macarıstanda anti-hökumət aksiyaları davam edir
    Macarıstanda anti-hökumət aksiyaları davam edir

Macarıstan xalqı dünən bu ölkənin paytaxtı Budapeşt şəhərində bir daha hökumətin siyasətlərinə qarşı aksiya keçirib.

Aksiyaçılar Macarıstandakı qalmaqallı əmək qanununa etiraz ediblər.

Hökumət müxalifləri bu qənaətdədirlər ki, bu qanun sahibkarlar üçün daha artıq ixtiyarların yaranmasına səbəb olacaqdır.

Macarıstanın baş naziri Viktor Orbanın hökumətinin bu ölkədə əmək qanununun islahı üzrə layihəsi dekabrın 13-də Macarıstan parlamentində qəbul olunubdur.

Bu yeni qanun sahibkarlara öz işçi qüvvəsindən ildə 250-400 saat əlavə iş çəkmək icazəsi verir.

Macarıstan fəhlə həmkarlar ittifaqları həmin qanunu "quldarlıq qanunu" adlandırıblar.

Macarıstandakı qalmaqallı əmək qanunu bu ölkədə geniş etirazlara yol açıbdır.

Macarıstanın təhlükəsizlik qüvvələri ötən bir neçə gündə bu ölkə xalqının Budapeştdəki aksiyasına divan tutublar.

Teqlər