Almaniya ABŞ-ın anti-Rusiya sanksiyalarını tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i332148-almaniya_abŞ_ın_anti_rusiya_sanksiyalarını_tənqid_edib
Almaniyanın xarici işlər naziri Amerikanın "Nord Stream 2" qaz boru kəmərinə qarşı sanksiyalarını enerjinin təmini üstündə ixtilaf üçün yanlış bir yol adlandırıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2019 13:44 Asia/Baku
  • Almaniya ABŞ-ın anti-Rusiya sanksiyalarını tənqid edib

Almaniyanın xarici işlər naziri Amerikanın "Nord Stream 2" qaz boru kəmərinə qarşı sanksiyalarını enerjinin təmini üstündə ixtilaf üçün yanlış bir yol adlandırıbdır.

Almaniyanın xarici işlər naziri Hayko Mas dünən deyib: Avropanın enerji siyasəti və enerji təmini bəhsi ilə bağlı məsələlər, Amerikada deyil, Avropada çözülməlidir.

Bu alman rəsmi deyib: "Nord Stream 2" qaz boru kəmərinə qarşı sanksiya layihəsi mütləq şəkildə düzgün yol deyildir.

Amerika prezidenti Donald Tramp enerji təmini sahəsində Rusiyaya söykəndiyi üçün açıq şəkildə Almaniyanı Moskvanın "əsiri" adlandırıb və Berlindən istəyibdir ki, Baltik dənizində qaz boru kəmərinin inşası üzrə on beş milyard dollarlıq layihədə öz həmkarlığını dayandırsın.

"Nord Stream 2" qaz boru kəməri Rusiyanın Qazprom şirkəti ilə Fransa, Avstriya, Hollandiya, İngiltərə və Almaniya şirkətləri arasında müştərək bir sərmayə yatırımıdır. Bu boru kəməri Baltik dənizindən keçib, Ukraynanı dolanaraq, Rusiya qazını Avropaya köçürəcək.

Bəzi Avropa ölkələri bu layihəni alqışlasalar da, Ukrayna, Polşa və baltikyanı ölkələr Amerikanın kənarında duraraq, onunla müxalifət ediblər.