Yan 15, 2019 08:36 Asia/Baku
  • Fransa böhranı və su üstündə yeriyən prezident
    Fransa böhranı və su üstündə yeriyən prezident

Fransa dövlətinin siyasətlərinə etiraz edənlərin dalbadal 9-cu həftəsində bu ölkə polisi 102 sarı jiletlini həbs edib. Bütün Fransa boyu yerləşmiş 80 min təhlükəsizlik qüvvəsi həmçinin bu ölkənin müxtəlif məntəqələrində sarı gödəkçəlilərlə rəftarda dəyənək, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edibdir.

2017-ci ilin mayında Yelisey sarayına gələrkən Emmanuel Makronun ümidləri çox idi. İstər ölkə, istərsə də Avropa səviyyəsində. 

Merkelin Almaniyadakı etibarı və qüdrətinin azaldığı bir neçə ay bundan öncəyədək Makronu Avropanın birliyi və qərb liberalizminin əsl sonuncu müdafiəçisi kimi təqdim edənlər az deyildi. Zira o, elə əvvəldən vətəndaşların həyat şəraitlərini yaxşılaşdıracağına söz vermişdi.

Müsahibə: 

Biz Makronun qüdrətdən sui-istifadə etməsinə etiraz edirik. Prezidentin və ətrafındakıların həyatdan ləzzət aldıqları bir halda, biz adi cammat daima işləməkdəyik və ay sonunda da problemlə üzləşirik.

2007-ci ildən bəri fransalılar arasında adambaşına düşən gəlir minimum artıma belə malik olmayıbdır. İşsizlik doqquz faizdir. Təhsil sistemi vətəndaşların mövqelərinin yüksəldilməsinə və iqtisadi ehtiyaclarına cavab vermir və ... bütövlükdə ictimaiyyətin orta və aşağı təbəqələrinin böyük hissələri uzun müddətdir ki, ictimai, maliyyə və əmək əmin-amansızlığı hissinə malikdir. Onlar gələcək üçün müsbət perspektivlər görmürlər.

Müsahibə:

Dövlət xalqa böyük zülm edir. Xüsusən sosial və müalicə xidmətləri minimumlarını aradan götürməklə. Ədalətsizlik hər il artıb və şok vəziyyəti yaradıbdır.

Fransada böhran gündən-günə daha mürəkkəb forma alır və bu ölkənin gələcəyini proqnozedilməz hadisələrlə doldurur. Sarı gödəkçəlilər indi haşiyədəki zorakılıqları Fransanın son əlliillik tarixində misilsiz olmuş geniş etirazlardan sonra özlərini daha güclü səfərbərliyin və gücsınamanın digər bir mərhələsinə hazırlayırlar. Fransa hökumətinin sözçüsü Benyamin Qrivo da çaxnaşmalarla mübarizə üçün fövqəladə vəziyyətin elan olunması ehtimalından xəbər verir. Onun sözlərinə görə, Makron etirazçılarla müzakirəyə hazır olsa da öz siyasətlərini dəyişməyəcəkdir.

Müsahibə:

Bu böyük bir çətirdir. Onun üzərində Fransanın kapitalizm quruluşuna qarşı etirazlar yazılıbdır. Bu quruluş asanlıqla xalqın qanını sorur. Bir sözlə; biz Fransada ikinci inqilab istəyirik!

Hazırkı şəraitdə qoca Avropa daxili problemlərə görə, daha öz xalqlarının tələblərinə cavab vermək qüdrətini itiribdir. İndi ortaya belə bir sual çıxır: Görəsən, Fransadakı son qiyamlar da hakimiyyətin dəyişməsi və general Şarl de Qollun kənarlaşdırılması ilə nəticələnən 1968-ci il inqilabı kimi qüdrəti Makrondan almaq və başqa bir şəxsi onun yerinə qoymaq potensialına malikdirmi? 

Teqlər