Yan 15, 2019 09:16 Asia/Baku
  • Ağ Ev-də daha bir istefa
    Ağ Ev-də daha bir istefa

Amerika hökumətində ardıcıl istefalar və kənarlaşdırmaların davamında Ağ Ev-in mətbuat katibinin müavini öz vəzifəsindən kənara çəkilibdir.

"Hafinqton Post" qəzetinin xəbər portalı dünən yazıb: Ağ Ev-in mətbuat katibinin müavini Rac Şah rəsmi surətdə Tramp hökuməti ilə işini davam etdirməkdən istefa verdiyini bildirib.

Rac Şah bir bəyanatda deyibdir ki, Amerikada siyasi nüfuza malik şəxslərdən olan Brayan Ballard ilə yanaşı "Ballard" media qrupunu yaratmaq fikrindədir.

Rac Şah Ağ Ev-in mətbuat bölməsində mətbuat katibinin müavini kimi mühüm mövqe əldə edə bilən ilk hind əslli bir amerikalıdır.

Hələ Tramp hökuməti Rac Şahın istefası ilə bağlı bir reaksiya göstərməyibdir.

Tramp hökumətinin fəaliyyət göstərdiyi iki ildən çox bir müddətdə onlarla yüksək vəzifəli və rütbəli siyasi və hərbi rəsmi, o sıradan nazirlər kabinetinin üzvlərindən və Ağ Ev rəsmilərindən bir çoxu öz vəzifəsindən istefa verib və ya ixrac olunubdur.

Teqlər