Yan 15, 2019 20:11 Asia/Baku
  • Myanma BMT rəsmilərinin Arakan əyalətinə səfərinə mane olub
    Myanma BMT rəsmilərinin Arakan əyalətinə səfərinə mane olub

Bir BMT rəsmisi Myanma dövlətinin BMT heyətinin Arakan əyalətinə səfərini təxirə salmasından xəbər verib.

Andri Mahaciç bildirib ki, BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarı Filippo Qrandi baxış keçirmək üçün Myanmanın Arakan əyalətinə səfər etməli idi, lakin Myanma başçıları onun səfərini təxirə salıblar.

Myanma ordusunun və ifratçı buddistlərin 2017-ci il avqustun 25-dən bəri rohinca müsəlmanlarına qarşı hücumlarında altı mindən çox rohincalı müsəlman öldürülüb, 8 min nəfər yaralanıb, bir milyondan çox insan da didərgn düşübdür.

 

Teqlər