ABŞ-da federal hökumətin bağlı qalmasının fəsadları
Federal hökumətin bağlı qalması Amerikada turizm ilə əlaqədar olan bir çox sahəni iflasa sürükləyib.
Röyters-in bildirdiyinə görə, ABŞ-da federal hökumətin bağlanmasının ardınca Vaşinqtondakı otellər boşalıb, restoranlar və kafelər müştərisiz qalıb.
Halbuki, statistik məlumatlara görə, hər ilə təqribən 20 milyon turist Vaşinqtona səfər edərdi.
Röyters yazır: Vaşinqtondakı 17 "Smitsonin" muzeyinin hamısı və Ağ Ev kompleksi turistlərin üzünə bağlanıb.
Bu məlumatda həmçinin deyilir: Federal hökumətin bağlandığı zamandan Vaşinqtondakı restoranların satışında da 60%-lik azalma müşahidə edilməkdədir. 30 dekabr 2018-ci ildən 5 yanvar 2019-cu il tarixinə qədər olan aralıqda Vaşinqton otellərində gecələyən turistlərin sayı da 8% azalıb.
ABŞ-da federal hökumətin təqribən 25%-i 22 dekabr 2018-ci il tarixindən etibarən öz fəaliyyətini dayandırıb. Bunun səbəbi Ağ Ev ilə Konqres arasında Meksika sərhədlərinin divarla bağlanması layihəsinin maliyyələşdirilməsinə dair razılığa gələ bilməməsidir. Tramp ABŞ-ın Meksika ilə sərhədlərinə diavar çəkmək üçün 5 milyard 700 milyon dollar vəsaitin ayrılmasını istəyir. Konqres isə buna qarşıdır.
Bu, ABŞ tarixində federal hökumətin bağlı qalması üzrə ən uzun rekord sayılır. Ağ Evin bildirdiyinə görə, sadəcə texniki sektordakı işsizlik ölkə iqtisadiyyatının inkişaf tempinə 0.13% ziyan vurur.