Almaniya və Rusiya Suriya konstitusiya komissiyasının təşkilini vurğulayıblar
Rusiya və Almaniya xarici işlər nazirləri Suriya konstitusiya komissiyasının tezliklə işə başlaması vaciblyini vurulayıblar.
Rusiya xarici işlər naziri Sergey Lavrov və onun alman həmkarı Hayko Maas bu gün Moskvada Suriya konstitusiya komissiyasının tezliklə işə başlaması vaciblyini vurulayaraq, deyiblər ki, bütün tərəflərin bu ölkə böhranına son qoymaq üzrə həmkarlığı zəruridir.
Lavrov əlavə edib: Qarşıdakı günlərdə Rusiya Suriya məsələsi barədə Avropa ölkələri ilə daha geniş müzakirələr aparacaq.
Lavrov həmçinin bildirib ki, onun alman həmkarı müzakirələrdə Amerikanın qısa və orta mənzilli raketlərin ləğvi müqaviləsindən çıxmasına xüsusi diqqət yetirərək deyib: Məlumdur ki, bu müqavilənin pozulması ciddi dağıdıcı nəticələrə gətirib çıxaracaqdır.
Almaniyanın xarici işlər naziri də qısa və orta mənzilli raketlərin ləğvi müqaviləsinin önəminə işarə edərək, deyib ki, bu müqavilə Avropanın təhlükəsizliyini təmin edən bir müqavilədir və Avropa onun qorunmasında çalışmalıdır.