Fransada anti-dövlət aksiyası davam edir
Yan 18, 2019 20:37 Asia/Baku
Fransa xalqının bu ölkə dövlətinin islahat proqramlarına qarşı aksiyaları davam etməkdədir.
"Fiqaro" qəzetinin saytı yazıb: Fransa prezidenti Emmanuel Makronun iqtisadi siyasətlərinə qarşı çıxan onlarla etirazçı bu gün bu ölkənin Soyak şəhərinin mərkəzində aksiya keçirib.
Bu aksiya polisin müdaxiləsi və dəyənəkdən istifadə etməsi ilə toqquşmaya çevrilib ki, sonda iki nəfər həbs olunubdur.
Aksiyaçılar "Makron, istefa, istefa!" şüarı veriblər.
Emmanuel Makron şəhər nümayəndələri ilə "böyük milli bəhs"i davam etdirmək üçün bu gün Soyaka səfər etməlidir.