Yan 20, 2019 12:31 Asia/Baku
  • Tramp Ağ Evi tənqid edən mediaları yalançı adlandırdı
    Tramp Ağ Evi tənqid edən mediaları yalançı adlandırdı

ABŞ prezidenti mediaya olan hücumlarının davamında Ağ Evi tənqid edən mediaları yalançı adlandırıb.

İRNA-nın məlumatına görə, Donald Tramp Tvitter-də paylaşdığı yazıda hökumətin bağlanmasından sonra Ağ Ev işçilərinin iş şəraitinin çətinləşməsinə işarə edərək, deyib: Saxtakar medialar Federal hökumətin iqtisadi uğurlarını açıqlamaqdan çəkinirlər. 

Tramp həmçinin deyib: İndiyə kimi heç bir abş prezidenti onun qədər prezident olduğu iki il ərzində öz vədlərinə əməl etməyib. 

ABŞ prezidenti daha sonra mediaları ona qarşı mərdlikdən uzaq rəftarda ittiham edib. 

Trampın Federal Hökuməti bağlı elan etməsi 800 min dövlət qulluqçusunun işsiz qalmasına və öz hesabına məzuniyyətə göndərilməsinə səbəb olub. 

Ağ Ev ilə Konqres arasında Meksika ilə sərhədlərə çəkiləcək divarın maliyyələşdirilməsinə dair ixtilaflar Federal Hökumətin bağlanmasına səbəb olub.

ABŞ medialarının bildirdiklərinə görə, Vaşinqtonda dövlət qulluqçuları yemək ala bilmək üçün xeyriyyə müəssisələrində uzun sıralar təşkil edirlər. 

Teqlər