Yan 21, 2019 11:35 Asia/Baku
  • Yunanıstan və Makedoniya arasındakı anlaşma etirazlara səbəb oldu
    Yunanıstan və Makedoniya arasındakı anlaşma etirazlara səbəb oldu

Şimali Makedoniyanın rəsmən tanınmasına dair Afina və Skopia arasında razılığın əldə olunmasının ardınca Yunanıstan xalqı bu qərara qarşı çıxıb.

İRNA-nın məlumatına görə, bazar günü Afinada, parlament binası önündə keçirilən aksiyada iştirak edənlər Yunanıstan və Makedoniya rasında əldə edilmiş anlaşmanın parlamentə təqdim edilməməsini istəyiblər.

Bu arada Afina və Skopiya arasında əldə edilmiş anlaşmaya etiraz edənlərdən bir neçəsi Yunanıstan Parlamentinə daxil olub və Makedoniyanın Yunanıstan tarixinə aid olduğunu deyiblər. 

Yunanıstan hökuməti Makedoniya ilə əldə edilən anlaşmanı bu ölkə parlamentinə təqdim etməlidir. 

Yunanıstan və Makedoniyanın başnazirləri Aleksis Sipras və Zoran Zaev 2018-ci ildə iki ölkənin sərhəd məntəqəsində "Afina-Skopia" adı ilə məşhurlaşan anlaşma sənədini imzaladılar. 

Bu anlaşmaya əsasən sabiq Yuqoslaviyanın tərkibindən ayrılaraq müstəqil olan Makedoniya "Şimali Makedoniya", ölkənin dili Makedoniya dili, əhalisinin milliyyəti isə makedoniyalı kimi tanınmalıdır. 

Yunanıstan xalqı elə ilk başdan bu anlaşmaya qarşı çıxaraq, öz etirazını aksiyalar keçirərək, bəyan edib. 

Teqlər