Fransa etirazları onuncu həftəsində
Fransada xalq etirazlarının onuncu həftəsi əslində prezident Emanuel Makronun milli dialoqa dair layihəsi üçün böyük bir sınaq sayılırdı. Amma, xalq Makronun bu təklifinə də “yox” dedi.
Fransada daha bir həftə sonu etiraz aksiyası, qarşıdurma və gərginlik ilə yanaşı olub.
Fransada onuncu “qara şənbə”ni Makronun milli barışıq layihəsinə dair xalq referendumu adlandırmaq olar.
Aksiya iştirakçılarından biri deyir: “Makron bu layihədə, xalq etirazlarını cilovlamaq üçün istədiyi mövzuya işarə edib. Amma, bilməlidir ki, bu etirazlar ədalətsizliyə son qoyulmadığı zamana kimi davam edəcək.”
Fransa hökumətinin xalq etirazlarına cavabı bu dəfə həmişə olduğundan daha kəskin idi. Polis bu dəfə gözyaşardıcı qaz ilə yanaşı, sur şırnağı və işıq flaş-top silahından da istifadə edib. Bu silahdan istifadə indiyə kimi 20 fransızı kor edib.
“flaş-top”un qurbanlarının fotoşəkillərini daşıyan Aksiy aiştirakçılarından biri deyir: “Bunlar, Fransa hökumətinin göstərişi ilə polisin istifadə etdiyi flaş-top silahının qurbanlarıdırlar. Etiraz aksiyalrının dinc olmasına rəğmən, polis zorakılığa əl atır. İndiyə kimi çoxlu sayda insan kor olub.”
Milli barışıq planı ilə bir vaxtda insanların xüsusilə Paris, Tuluz və Bordo şəhərlərində daha iri miqyasda küçələrə axın etməsi bir çoxlarını xeyli təəccübləndirib.
Aksiyai ştirakçılarından biri deyir: “Bu aksiyalar xalqın ötən iki ildə Makronun yürütdüyü bütün siyasətlərə qarşı etirazıdır. Bizim istəyimiz kapitalizm quruluşu olan bu quruluşun dəyişilməsini istəyirik. Biz monarxiya deyil, həqiqi demokratiya istəyirik.”
Bu günlər Fransada iki əsas dialoq mövcuddur. Bunlardan biri 40%-lik xalq dəstəyinə malik olan Makronun barışıq təklifidir. Digəri isə “sarı jilet”lilər cərəyanının təklifidir ki, 67%-lik xalq himayəsinə malikdir.