NATO Rusiyanı orta mənzilli nüvə raketləri müqaviləsini pozmaqda ittiham etdi
Şimali Atlantika Alyansı NATO-nun baş katibi Rusiyanı orta mənzilli nüvə raketləri müqaviləsini (İNF-The Intermediate-Range Nuclear Forces Treaty) pozmaqda ittiham etdi.
Röyters-in bildirdiyinə görə, Yiens Stoltenberq deyib: Cümə günü Brüsseldə NATO və Rusiya rəsmiləri arasında İNF barədə aparılan müzakirələr nəticəsiz başa çatdı.
Stoltenberq başlıca məsələnin Avropada raketlərin olması adlandırıb və deyib: Əgər müqaviləyə əməl edilməzsə, İNF-in heç bir dəyəri qalmaz.
ABŞ və NATO Qara dəniz, Baltik dənizi və Rusiya ilə sərhəd məntəqələrdə öz hərbi iştirakını artırmaqla Rusiyaya qarşı təhrikedici və təhdid xarakterli h ərəkətlər həyata keçirirlər. Rusiya da Qara dən izdə və Krım yarımadasında hərbi manevr keçirərək, bu təhdidlərə reaksiya verib.