Yan 28, 2019 10:05 Asia/Baku
  • Gürcüstanda donuz qripindən ölənlərin sayı artıb
    Gürcüstanda donuz qripindən ölənlərin sayı artıb

Gürcüstanda donuz qripindən ölənlərin sayı iyirmi nəfərə çatıb.

Gürcüstanın paytaxtı Tbilisidən 337 kilometr qərbdə yerləşən Zuqdidi şəhərində bir qadının vəfat etməsilə ötən bir ayda bu ölkədə donuz qripindən ölənlərin sayı iyirmi nəfərə çatıb.
Deyilənlərə görə, altısı uşaq olmaqla daha 19 nəfər Zuqdidi şəhər xəstəxanasında müalicə kursu keçməkdədir.

Donuz qripi Ermənistandan da yan keçməyibdir. H1N1 xəstəliyindən indiyədək iki nəfər həyatını itirib.

Donuz qripi viruslu bir xəstəlikdir və hər il insanların bu xəstəliyə yoluxmaları halları xəbər verilir.

Bu xəstəlik insanlarda yoluxmuş şəxslə təmas yolu ilə sirayət edir. Onun adi əlamətləri, başgicəllənmə, oynaqların quruması, qusma və daha yuxarı stadiyalarda huşu itirmə və ölümdür.

 

Teqlər