Fransa ordusu amerikan koalisiyanın Suriyadakı hərəkətlərinin tənqid olunmasına reaksiya verib
ABŞ-ın başçılığı altında olan sözdə anti-İŞİD koalisiyasına üzv olan fransalı hərbçinin koalisiyanın taktikalarını tənqid etməsi Fransa ordusu sözçüsünün sərt reaksiyası ilə üzləşibdir.
Fransa ordusunun sözçüsü Patrik Stayger ABŞ-ın başçılığı altında olan sözdə anti-İŞİD koalisiyasının üzvü olan fransalı hərbçi- Fransua Recis Logriyeni töhmət və cəzalandırılmaqla hədələyərək, bildirib ki, bu fransız hərbçinin tənqidi qeydləri də “Milli müdafiənin yenidən nəzərdən keçirilməsi” portalından silinibdir.
2018-ci ilin oktyabrından Suriyadakı amerikan koalisiya ilə müttəfiq olan kürd qruplara mərmi dəstəyini idarə edən Fransua Recis Logriye dünən bu koalisiyanın istifadə etdiyi taktikalara qarşı misilsiz bir tənqid irəli sürdü və amerikan koalisiya tərəfindən Suiryanın infrastrukturlarının məhv edildiyini və mülkilərin qırğın olunduqlarını etiraf etdi.
Bu fransız hərbçinin tənqidi qeydlərinin “Milli müdafiənin yenidən nəzərdən keçirilməsi” portalında yayılması böyük qalmaqallar doğurdu və iş o yerə gəlib çatdı ki, Fransa ordusu da bu məsələyə reaksiya verdi.