Kəşmirlilər səud vəliəhdinin Hindistana səfərinə etiraz ediblər
https://azeri.sahartv.ir/news/dünya-i335187-kəşmirlilər_səud_vəliəhdinin_hindistana_səfərinə_etiraz_ediblər
Camu və Kəşmir əhalisi Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın Hindistana səfərinə etiraz olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2019 16:33 Asia/Baku
  • Kəşmirlilər səud vəliəhdinin Hindistana səfərinə etiraz ediblər
    Kəşmirlilər səud vəliəhdinin Hindistana səfərinə etiraz ediblər

Camu və Kəşmir əhalisi Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın Hindistana səfərinə etiraz olaraq aksiya keçirib.

Camu və Kəşmir əhalisindən yüzlərlə nəfər Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın Hindistana səfərinə qarşı aksiya keçirərək, ali-səud rejimini regionda terrorçuların himayədarı adlandırıbdır.

Kəşmirli aksiyaçılar ali-səud rejiminə qarşı şüarlar verərək, bu rejimin Yəmən xalqına qarşı hücumlarının dayandırılmasını istəyiblər.

Dünən də bin Salmanın Hindistana səfəri ərəfəsində Yeni-Dehli və bir neçə digər şəhər xalqın Muhəmməd bin Salmanın səfərinə qarşı aksiyalarının şahidi olubdur.

Ərəbistan vəliəhdi Pakistan səfərini başa vurduqdan sonra dünən gecə Yeni-Dehliyə daxil olubdur.