Almaniya parlamentinin sədri İslamın bu ölkədəki konstruktiv rolunu etiraf edib
Fev 24, 2019 17:53 Asia/Baku
Almaniya mərkəzi parlamenti- Bundestaq-ın sədri müqəddəs İslam dininin bu ölkədəki təsirli rolu və önəmini etiraf edib.
Volfqanq Şvible deyib: Müsəlmanlar Almaniya ictimaiyyətinin bir hissəsi və inkarolunmaz gerçəklikdirlər.
Bundestaq-ın sədri əlavə edib: İslam da digər dinlər və məzhəblər kimi Almaniyada mövcuddur və onun davamçıları hörmətə layiqdirlər.
Son zamanlar Almaniyanın daxili işlər naziri Horst Zihofer özünün islamofob sözlərinin davamında demişdi ki, İslam Almaniya ictimaiyyətinə aid deyildir.
Zihoferin bu sözləri alman xalqının və bu ölkədəki islami qrupların mənfi reaksiyaları ilə üzləşdi.