Mart 04, 2019 11:41 Asia/Baku
  • Butəfliqədən Əlcəzair xalqına seçki vədləri
    Butəfliqədən Əlcəzair xalqına seçki vədləri

Əlcəzair prezidenti vəd edib ki, prezident seçkilərində qalib gələcəyi təqdirdə, bu ölkədə yeni hökumət sistemi təsis edəcək.

Deyilənlərə görə, hazırda İsveçrədə müalicə kursu keçən Əbduləziz Butəfliqə dünən bu ölkə xalqına ünvanladığı bir məktubda bildirib ki, qarşıdakı prezident seçkilərində qalib gələcəyi təqdirdə, yeni əsas qanunu referenduma qoyacaq və  Əlcəzairdə yeni hökumət sistemi təsis ediləcəkdir.

Butəfliqə bu müraciətdə əlavə edib: Həmçinin Əlcəzairdə sərvətin ədalətli şəkildə paylanmasına zamin olacaq təcili siyasətlər yürüdüləcək və bütün ədalətsizliklərə son qoyulacaqdır.

Məlumatlara görə, Butəfliqənin seçki qərargahının sədri Əbdulqəni Zəəlan onun bu ölkənin qarşıdakı prezident seçkilərində qeydiyyatdan keçməsinə lazım olan sənədləri qərara alınmış son saatlarda Əlcəzair əsas qanun şurasına təhvil veribdir.

Butəfliqənin Əlcəzair prezident seçkilərinə namizədlik üzrə qərarının elan olunmasından sonra xalq etirazları bu ölkəni bürüyübdür.

Hökumətlə müxalif partiyalar bu qənaətdədirlər ki, Butəfliqə yaşının çox olmasına və xəstəliyinə göerə, ölkəni idarə etməyə qadir deyildir.

Əlcəzairə hakim kəsilmiş koalisiya Butəfliqənin qarşıdakı prezident seçkilərinə namizədliyinə güclü dəstək verir.

İndiyədək bəzi partiyalar, o cümlədən Əlcəzairdə ən böyük islami partiya olan “Sülh Cəmiyyəti Hərəkatı” prezident seçkilərini boykot ediblər.

Əlcəzair prezident seçkiləri 2019-cu il aprelin 18-də keçirilməlidir.

 

 

Teqlər