Mart 05, 2019 19:26 Asia/Baku
  • Əlcəzair təhlükəsizlik qüvvələri anti-terror əməliyyatları keçiriblər
    Əlcəzair təhlükəsizlik qüvvələri anti-terror əməliyyatları keçiriblər

Əlcəzair müdafiə nazirliyi bu ölkənin təhlükəsizlik qüvvələrinin Əlcəzairin şimalı və şimal-qərbində terroçuların mövqelərinə qarşı əməliyyatlar keçirmələrindən xəbər verib.

Əlcəzair müdafiə nazirliyi bu gün bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələrinin ölkənin şimalında terroçuların mövqelərinə qarşı əməliyyatı gedişində müəyyən miqdarda partlayıcı maddənin kənarında bir neçə əldəqayırma bomba aşkar edilərək, müsadirə olunubdur.

Bu əməliyyat zamanı terrorçuların qərargahı da dağıdılıbdır.

Digər bir təhlükəsizlik əməliyyatı da Əlcəzairin şimalındakı Setif və şimal-qərbindəki Vəhran məntəqəsində həyata keçirilib.

Əlcəzair təhlükəsizlik qüvvələri bu ölkənin müxtəlif məntəqələrində terrorçulara qarşı intensiv şəkildə əməliyyatlar keçirir və indiyədək onlardan bir çoxu həbs olunubdur.

Teqlər