Mart 06, 2019 20:13 Asia/Baku
  • Pakistan prezidenti Hindistanla müharibənin baş verməsi ehtimalı haqda xəbərdarlıq edib
    Pakistan prezidenti Hindistanla müharibənin baş verməsi ehtimalı haqda xəbərdarlıq edib

Pakistan prezidenti bu ölkə ilə Hindistan arasında müharibənin yenidən başlanması haqda xəbərdarlıq edib.

Arif Ələvi bu gün "Ekspress Nyus" adlı televiziya verilişində deyib: Hərçənd müəyyən qədər Pakistan ilə Hindistan arasında sərhəd gərginliklərinin azalmasının şahidi olmuşuq, amma iki ölkə arasında müharibə xətəri mövcud olmaqda davam edir.

Pakistan prezidenti əlavə edib: Hindistanın nəzarəti altında olan Kəşmir məntəqəsində baş verənlər Hindistan və sionist rejimin birgə fitnələrinin nəticəsidir.

Arif Ələvi əlavə edib: Pakistanın baş naziri İmran xanın Hindistanın baş naziri Narendra Modi ilə telefon əlaqəsi saxlamaq üzrə ardıcıl səyləri də bu dəlilə görə olubdur ki, dünya Pakistanın heç bir vəchlə Hindistanla müharibə və gərginliyin davam etməsini istəmədiyini bilsin.

Pakistan ordusunun sözçüsü general-mayor Asəf Qəfur da deyib ki, iki ölkə arasındakı gərginliklər azalıb, amma müharibə təhlükəsi hələ mövcuddur.

Teqlər