Pakistan sərhədi yaxınlığında bir hind qırıcısı süqut edib
https://azeri.sahartv.ir/news/dünya-i336360-pakistan_sərhədi_yaxınlığında_bir_hind_qırıcısı_süqut_edib
Pakistan mediaları Hindistan ordusunun hava qoşunlarının bir ədəd "Miq-21" tipli qırıcısının süqut etməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2019 13:55 Asia/Baku
  • Pakistan sərhədi yaxınlığında bir hind qırıcısı süqut edib

Pakistan mediaları Hindistan ordusunun hava qoşunlarının bir ədəd "Miq-21" tipli qırıcısının süqut etməsindən xəbər veriblər.

Pakistanın informasiya mənbələri bildiriblər ki, Hindistanın "Miq-21" tipli qırıcısı bu gün süqut edib və onun pilotu paraşütlə özünü xilas edə bilib.

Pakistan mediaları indiyə kimi bu hadisə haqda artıq təfərrüat verməyiblər.

Hindistan mediaları da bu ölkənin bir ədəd qırıcısının Pakistan sərhədləri ətrafında yerləşən Racestan əyalətində süqut etməsindən xəbər veriblər.

Bir neçə gün bundan öncə Pakistan ordusunun hava qoşunları bu ölkənin hava məkanını pozduğuna görə, iki hind qırıcısını hədəfə aldı və hər iki qırıcını vurub yerə saldı.