ABŞ-ın İŞİD terrorçularına saxta passportlar verməsi ifşa edildi
-
ABŞ-ın İŞİD terrorçularına saxta passportlar verməsi ifşa edildi
Medialar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Suriyadakı İŞİD terrorçularının onlarla üzvünə saxta passport verdiyini ifşa ediblər.
Sputnik informasiya agentliyinin bildirdiyinə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyət İdarəsi İŞİD-in təqribən 2 min üzvünü istintaqa cəlb etdikdən sonra, onlardın 140-ına saxta passport verib.
Sputnik MKİ-nin bu hərəkətini ABŞ və İŞİD-in yeni fitnə planı ardınca olmasının nişanəsi adlandırıb və yazıb: ABŞ terrorçuları Suriyanın şimalından saxta sənədlər ilə İraq yolu ilə başqa ölkələrə köçürmək istəyir.
Türkiyədə çıxan Yeni Şəfəq qəzeti bu xəbəri təsdiq edərək, yazıb: İŞİD-in lideri Əbubəkr Bağdadi də ABŞ-a işləyir.
Bir müddət öncə Suriya mediaları da ABŞ-ın hərbi rəsmilərinin minlərlə kiloqram qızıl müqabilində İŞİD başçılarını Suriyanın şimalından təhlükəsiz ərazilərə köçürdüklərini bildiriblər.