Mart 16, 2019 16:22 Asia/Baku
  • Əlcəzairdə etiraz aksiyaları davam edir
    Əlcəzairdə etiraz aksiyaları davam edir

Əlcəzairdə minlərlə nəfər paytaxt Əlcəzirədə aksiya keçirərək, bu ölkə prezidentinin qərarlarına etiraz edib.

Əl-Qüds Əl-Ərəbi informasiya portalının bildirdiyinə görə, Əlcəzairli aksiya iştirakçıları cümə günü ölkə prezidenti Əbdüləziz Buteflikanın qərarlarına etiraz olaraq şüarlar səsləndiriblər. 

Aksiya iştirakçıları həmçinin, Buteflikanın siyasətlərini dəstəkləməsinə və onun hakimiyyətdə qalmasını himayə etməsinə görə, Fransa prezidenti Emanuel Makron əleyhinə şüarlar veriblər. 

Əlcəzair prezidenti Əbdüləziz Buteflika xalq etirazlarının ardınca 18 aprel 2019-cu ildə keçirilməli olan prezident seçkilərini təxirə salıb. 

Buteflika həmçinin, prezident seçkilərində iştiraka dair namizədliyini də geri götürüb. 

Əlcəzair hökuməti çərşənbə günü bir bəyanat verərək, xalqın istəklərinə uyğun olaraq islahatlar aparmaq niyyətində olduğunu bildirib. Amma, müxalifləri etiraz aksiyalarını davam etdirməklə hökumətin qərarlarına qarşı çıxıblar. 

Teqlər