Sionist rejimin Fransadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
https://azeri.sahartv.ir/news/dünya-i337347-sionist_rejimin_fransadakı_müvəqqəti_işlər_vəkili_xİn_ə_çağırılıb
Fransanın Xarici İşlər Nazirliyi İsrilin Parisdəki müvəqqəti işlər vəkilini sionist rejimin təhlükəsizlik qüvvələrinin Qüdsdə bir fransız instituta girmələri barədə izahat vermək üçün çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2019 15:44 Asia/Baku
  • Sionist rejimin Fransadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Fransanın Xarici İşlər Nazirliyi İsrilin Parisdəki müvəqqəti işlər vəkilini sionist rejimin təhlükəsizlik qüvvələrinin Qüdsdə bir fransız instituta girmələri barədə izahat vermək üçün çağırıb.

FransPress-in verdiyi məlumata görə, Fransa XİN-i bu gün bir bəyanatda sionist rejimin təhlükəsizlik qüvvələrinin frasnzız instituta daxil olaraq oradakı tədbiri ləğv etmələrini qəbuledilməz adlandırıb.

Bəyanatda deyilir: Bu kimi hərəkətlər Fransanın Qüdsdəki mədəni fəaliyyətlərinə ciddi və qəbuledilməz zərbədir.

Fransa XİN-i həmçinin Trampın sionist rejimin Cövlan hündürlüklərinə hakimiyyətinin rəsmən tanınması barədəki son bəyanatına da münasibət bildirib: " Bu kimi mövqe beynəlxalq qanunlar və əməkdaşlıqlara ziddir. "