Əlcəzair paytaxtında on minlərlə nəfər aksiya keçirib
https://azeri.sahartv.ir/news/dünya-i337389-Əlcəzair_paytaxtında_on_minlərlə_nəfər_aksiya_keçirib
Əlcəzair paytaxtında on minlərlə nəfər bu ölkə prezidentinə qarşı aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2019 10:10 Asia/Baku
  • Əlcəzair paytaxtında on minlərlə nəfər aksiya keçirib

Əlcəzair paytaxtında on minlərlə nəfər bu ölkə prezidentinə qarşı aksiya keçirib.

On minlərlə əlcəzairli Əbduləziz Butəfliqənin qərarlarına etiraz olaraq keçirilən bu aksiyada öz etirazının dinc məqsədli olduğunu vurğulayıb.

Əllərində müstəmləkəçilərə qarşı mübarizə aparmış əlcəzairli şəxsiyyətlərin təsvirləri olan aksiyaçılar belə fəryad edirdilər: Diktatorluğa-yox, azadlığa-bəli!

Etirazçılar xarici müdaxilələr olmadan Əlcəzairdə dəyişiklik vacibliyini vurğulayıblar.

Əlcəzair prezidenti Əbduləziz Butəfliqə ötən həftə bu ölkənin prezident seçkilərinin təxirə salındığını və yenidən prezidentliyə namizədlikdən vaz keçdiyini bildirdi.

Əlcəzair prezident seçkiləri aprelin 18-də keçirilməli idi.