Dünya Trampın Qolan barədəki hərəkətini pisləyib
-
Dünya Trampın Qolan barədəki hərəkətini pisləyib
Amerika prezidenti Donald Trampın sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanıması geniş regional və beynəlxalq reaksiyalara səbəb olub.
Tramp martın 25-də beynəlxalq qanunlara zidd gedib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini birbaşa şəkildə pozaraq, bir fərman imzaladı ki, ona əsasən, Vaşinqton sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanıyır.
Donald Tramp bu fərmanı Vaşinqtonda sionist rejimin baş naziri Benyamin Netanyahunun yanında imzalayıb.
Livanın Xarici İşlər Nazirliyi dünən gecə Trampın bu hərəkətini pisləyərək, vurğuladı ki, Qolan Suriyaya aiddir.
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas da bildirib: Trampın Qolan barədəki hərəkəti sübut edir ki, Amerika dövləti beynəlxalq sülhə və təhlükəsizliyə qarşı bir təhdiddir.
Ərəb Liqası da vurğulayıb ki, Trampın sionist rejimin Suriyanın Qolan təpələrindəki işğalçılığını rəsmən tanıması tamamilə batil bir hərəkətdir.
BMT baş katibinin sözçüsü Stefan Ducarik də sionist rejimin Suriyanın Qolan təpələrindəki işğalçılığını rəsmən tanıyan fərmanın Tramp tərəfindən imzalanmasından sonra keçirdiyi mətbuat konfransında deyib ki, BMT-nin Qolanın durumu barədəki mövqeyi dəyişməyəcəkdir.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova da deyib ki, Trampın hərəkəti beynəlxalq qanunlara ziddir və regionda gərginliyin şiddətlənməsilə nəticələnəcəkdir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, Ankara Trampın Qolan barədəki hərəkətini heç bir vəchlə qəbul etməyəcəkdir.
Yəmənin Ənsarullah hərəkatının baş katibi Əbdulməlik Bədrəddin Əlhusi də Qolanın Suriyanın bir hissəsi olduğunu vurğulayaraq, qeyd edib ki, Amerika islami torpaqları və müqəddəsləri müsadirə etməyə çalışır.
Sionist rejim 1967-ci ildə Qolan yüksəkliklərində Suriya ərazisinin təxminən 200 kvadrat-kilometrini işğal etdi və daha sonra bu məntəqəni işğal edilmiş ərazilərə əlavə etdi. Beynəlxalq ictimaiyyət bu anneksiyanı heç vaxt tanımayıbdır.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası da bu məntəqəni işğal edilmiş məntəqə adlandırıbdır
Amerika dövləti sionist rejimin qəsbkarlığının himayədarıdır.