Fransa və Çin nüvə anlaşmasına dəstək verdiklərini vurğulayıblar
https://azeri.sahartv.ir/news/dünya-i337638-fransa_və_Çin_nüvə_anlaşmasına_dəstək_verdiklərini_vurğulayıblar
Fransa və Çin prezidentləri bir daha bu ölkələrin nüvə anlaşmasına dəstək verdiklərini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 26, 2019 15:55 Asia/Baku
  • Fransa və Çin nüvə anlaşmasına dəstək verdiklərini vurğulayıblar

Fransa və Çin prezidentləri bir daha bu ölkələrin nüvə anlaşmasına dəstək verdiklərini vurğulayıblar.

Fransa prezidenti Emmanuel Makron Parisdə Çin prezidenti Si Tsinpin ilə birgə mətbuat konfransında bildirib ki, iki tərəf faktaraşdırma imkanı yaratmış nüvə anlaşmasına öz dəstəyini vurğulayır.

Fransa və Çin prezidentləri həmçinin öz görüşlərində müzakirə və BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrası yolu ilə Koreya yarımadasının nüvə silahından təmizlənməsinin geridönməz bir proses olacağını vurğulayıblar.

Şimali Koreya Amerikanın tamahkarlığı və öz öhdəliklərinə sadiq qalmamasını Koreya yarımadasında sülhə nailolma yolundakı müzakirələrin uğursuz qalmasının əsas amili adlandırıbdır.