ABŞ İngiltərənin Avropa Birliyindən çıxmasına çox həvəslidir
-
İngiltərənin Avropa Birliyindən çıxmasına çox həvəslidir
Ağ Ev-in milli təhlükəsizlik müşaviri Avropa Birliyindən müstəqil bir İngiltərə ilə ticarət müqavilələri imzalamağa çox həvəslidir.
Ağ Ev-in milli təhlükəsizlik müşaviri Con Bolton Skay-Nyus telekanalı ilə müsahibədə İngiltərə parlamentinin aşağı palatasının bir daha baş nazir Tereza Mey dövlətinin bu ölkənin Avropa Birliyindən çıxma tərzi barədəki layihəsi ilə müxalifətinə reaksiyada iddia edib ki, Amerika prezidenti Donald Trampın nöqteyi-nəzərincə, Avropa Birliyinin Amerikaya qarşı qanunları ayrı-seçkiliyə əsaslanır.
Bolton qeyd edib ki, Tramp İngiltərə ilə azad və ədalətli bir ticarət müqaviləsi istəyir.
Donald Trampın İngiltərənin Avropa Birliyindən çıxmasına çox həvəs etdiyini bildirən Bolton bildirib ki, Tramp brexit ilə bağlı İngiltərə xalqının iradəsinin icrasını istəyir.
Tramp ötən fevral ayının əvvəllərində brexit prosesi ilə bağlı narazılıq ifadə etmiş və demişdi ki, İngiltərənin baş naziri onun tövsiyəsinə qulaq asmayıbdır.
Tereza Mey bununla bağlı izahatında bildiribdir ki, Tramp ona Avropa Birliyindən şikayət etməyi təklif edibdir.