Mart 30, 2019 17:16 Asia/Baku
  • Fransa rəsmiləri etirazların 20-ci şənbəsindən qorxurlar
    Fransa rəsmiləri etirazların 20-ci şənbəsindən qorxurlar

Fransa rəsmiləri anti-dövlət aksiyalarının 20-ci həftəsində yeni zorakılıqların baş verməsindən qorxaraq, bu ölkədə etiraz aksiyalarının keçirilməsini qadağan ediblər.

"Sarı jiletlilər" hərəkatı fəallarının etirazların 20-ci şənbəsində xalqı küçələrdə geniş iştiraka çağırmalarının ardınca Fransa rəsmiləri də yeni zorakılıqların baş verməsi qorxusundan Parisin Şanzelize prospektində və bu ölkənin əksər şəhərlərində etirazların keçirilməsini qadağan ediblər.

Fransa rəsmiləri həmçinin bu xalq hərəkatının əsas mərkəzlərindən olan Bordo və Tuluza kimi böyük şəhərlərin sakinlərindən istəyiblər ki, öz evlərində qalsınlar və bu şəhərlərin mağaza sahiblərindən də istəyiblər ki, öz mağazalarını açmaqdan çəkinsinlər.

Fransanın daxili işlər nazirliyi bildirib ki, xüsusi təyinatlı polis qüvvələri, təhlükəsizlik qüvvələri və jandarmlar ən yüksək hazırlıq səviyyəsindədirlər və etirazçılarla mübarizə üçün sərt tədbirlər görürlər.

Fransa hökuməti həmçinin keçən həftədə olduğu kimi ordunun anti-terror bölməsinin qüvvələrindən yeddi mindən çox qüvvəni meydana daxil edibdir.

Teqlər