Mart 31, 2019 09:51 Asia/Baku
  • Almaniyada terror hücumları planlaşdırmaqda şübhəli bilinən on nəfər həbs olunub
    Almaniyada terror hücumları planlaşdırmaqda şübhəli bilinən on nəfər həbs olunub

Almaniya polisi bu ölkədə böyük terror hücumları həyata keçirməyi planlaşdırmaqda şübhəli bilinən on nəfəri həbs edib.

Almaniya polisi bildirib ki, şənbə günü həbs olunaraq, üzərlərində müəyyən miqdarda silah və partlayıcı maddə aşkar edilmiş bu on nəfərdən biri Tacikistan vətəndaşıdır.

Almaniya mediaları bu şəxslərin İŞİD terror qrupu ilə həmfikir olduqlarını bildiriblər. Bu medialar Almaniya prokurorlarına istinadla xəbər veriblər ki, şübhəlilər təhlükəli və ciddi bir cinayət törətmək üzrə fitnə ittihamı ilə həbs olunublar.

Almaniya son illərdə bir neçə terror hücumu səhnəsi olub. Bu hücumlardan biri, 2016-cı ildə Berlin milad bayramı bazarında baş verdi. Həmin hadisədə 12 nəfər həlak oldu.

Teqlər