Onlarla Çin hərbçisi Venesueladakı bir adaya daxil olub
https://azeri.sahartv.ir/news/dünya-i338095-onlarla_Çin_hərbçisi_venesueladakı_bir_adaya_daxil_olub
Rusiyadan sonra onlarla Çin hərbçisi də Venesueladakı bir adaya daxil olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2019 07:18 Asia/Baku
  • Onlarla Çin hərbçisi Venesueladakı bir adaya daxil olub
    Onlarla Çin hərbçisi Venesueladakı bir adaya daxil olub

Rusiyadan sonra onlarla Çin hərbçisi də Venesueladakı bir adaya daxil olubdur.

Çin ordusundan 120-dən çox hərbçi Venesuelanın "Marqarita" adasına daxil olub ki, bu ölkənin hökumət qüvvələrinə humanitar və hərbi yardımlar təqdim etmiş olsun.

Bundan öncə Çinin Venesuela xalqına olan ilk dərman yardımları yükü, o cümlədən 65 ton dərman və tibb ləvazimatı bu ölkənin paytaxtı Karakasa daxil olmuşdu.

Belə bir halda, Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes son zamanlar ABŞ-ın Rusiya hərbi təyyarələrinin onun ölkəsinə göndərilməsi məsələsinə müdaxilə etməsini rədd edərək, vurğuladı ki, Karakas-Moskva müdafiə əməkdaşlıqları adi bir məsələdir.

Padrino Lopesin sözlərinə görə, 2001-ci ildən cərəyanda olan və Venesuela ordusunun əməliyyat hazırlığını artırmaq məqsədini güdən Karaka-Moskva hərbi-texniki əməkdaşlıqları gizli bir məsələ deyildir.

Venesuela ordusu hazırda Karakas ətrafında rus S-300 hava hücumundan müdafiə sistemini yerləşdirib. Bu simvolik addım, Rusiyanın Venesuela prezidenti Nikolas Maduroya dəstək istiqamətindəki rolundan xəbər verir.