Apr 04, 2019 11:41 Asia/Baku
  • Albaniyada hökumət əleyhinə etiraz aksiyası keçirilib
    Albaniyada hökumət əleyhinə etiraz aksiyası keçirilib

Albaniya xalqı və müxalifətdə olan siyasi partiyalar baş nazirin istefa verməsi tələbi ilə aksiya keçiriblər.

İRNA-nın məlumatına görə, müxalifətdə olan partiyanın tərəfdarları çərşənbə günü paytaxt Tiranada aksiya keçirərək, başnazir Edi Ramanın istefa verməsini və vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini istəyiblər. 

Aksiya iştirakçıları baş nazirlik ofisi önündə bir araya gələrək, baş naziri ölkənin idarə edilməsində və iqtisadi problemlərin həllində bacarıqsızlıqda ittiham ediblər. 

Müxalifət tərəfdarları həmçinin, baş nazir Edi Ramanın solçu sosialist partiyasını korrupsiyada və hökumət rəsmilərini mütəşəkkil cinayətkarlıqda ittiham ediblər. 

Albaniya hökuməti isə müxaliflərinin bu ittihamlarını kəskin formada rədd edib. 

Albaniyada hökumət əleyhinə etirazlar ötən günlərdə intensiv hal alıb. Narazı kütlə vaxtından əvvəl seçkilərin keçirilməsini istəyir. 

Teqlər