Almaniyanın NATO-ya az büdcə ayırması ABŞ-ın etirazına səbəb oldu
ABŞ və Almaniya arasındakı gərginlik davam edir.
Fransa xəbər agentliyinin bildirdiyinə görə, ABŞ-ın vitse-prezidenti Mayk Pens çərşənbə günü Vaşinqtonda NATO-nun xarici işlər nazirləri iclasından öncə Almaniyanın NATO-ya az büdcə ayırmasını tənqid etdi.
Mayk Pens Almaniyanın daha artıq səy göstərməsini istədi və dedi: Əgər müttəfiqlərimiz Rusiyadan asılı olarsa, biz onların müdafiəsinə zəmanət verə bilmərik.
NATO ölkələri bu alyansın təsis edilməsinin 70-ci ildönümündə "Rusiyanın zorakılıqları" qarşısında vahid mövqeyə malik olduqlarını nümayiş etdirməyə çalışırlar.
NATO ölkələri 2014-cü ildə öz müdafiə xərclərini ümumdaxili məhsulun 2%-nə çatdıracaqlarına dair söz veriblər.
Almaniya isə 2023-cü ildə hərbi büdcəsini 1.25% azaldacağını bildirib.
NATO-nun baş katibi Yiens Stoltenberq də Almaniyanın bu qərarından narazılıq edərək, Berlinin müdafiə xərclərini artırmasını istəyib.