Maduroya dəstək aksiyası - Karakas
Minlərlə venesuelalı ölkə prezidneti Nikolas Maduronu himayə məqsədilə paytaxt Karakasda keçirilən yürüşdə iştirak etdi.
İRİB-nin bildirdiyinə görə, Venesuela xalqı şənbə günü axşam "Ana vətəni müdafiə üzrə anti-imperialist aksiya" adlı yürüşdə iştirak edərək, imperializm əleyhinə mübarizə ruhiyyəsinə təkid edib.
Karakasda Maduronu himayə üzrə aksiyanın keçirilməsi ilə bir vaxtda müxalif qüvvələrin lideri Xuan Quaydonu dəstəkləyən qruplar da oxşar aksiya keçiriblər.
Venesuela Ali Məhkəməsi ötən həftə Xuan Quaydonun parlament toxunulmazlığının ləğv edilməsini istədi. Bu istək Venesuelanın Təsisçilər Məclisi tərəfindən təsdiq edildi.
ABŞ hökuməti Xuan Quaydonun həbs olunmasının Karakas hökuməti üçün ciddi mənfi nəticələrinin olacağına dair xəbərdarlıq edib.