Trampın daxili təhlükəsizlik naziri istefa verib
-
Trampın daxili təhlükəsizlik naziri istefa verib
ABŞ prezidenti öz nazirlər kabineti üzvlərinin istefalarından sonuncu halda daxili təhlükəsizlik nazirinin istefa verməsindən və onun yerini yeni bir şəxsin tutmasından xəbər verib.
Bundan öncə Amerikanın ozamankı daxili təhlükəsizlik naziri Con Kelinin aparat başçısı olmuş Kirsten Nilsen Ağ Ev işçilərinə sədrliyi dövründə Trampla və onun yaxınları, o sıradan Trampın həyat yoldaşı, həmçinin milli təhlükəsizlik müşaviri Con Bolton ilə bir çox problemlərə malik idi və bu zaman Keli daima Nilsona dəstək verərdi.
Amma ötən ilin noyabr-dekabr aylarında Kelinin sərt qaydaları Amerika prezidentinin həyat yoldaşı Melaniya Trampın Afrika səfərində ovqatını təlx edəndən sonra Donald Tramp onu işdən çıxarmaq qərarına gəldi.
Amerikanın daxili təhlükəsizlik naziri Kirsten Nilsen gömrük və miqrasiya qanunları üstündə Amerika prezidenti ilə ixtilafa malik idi. Deyilənlərə görə, Tramp bu qanunların icra tərzindən son dərəcə narazı idi.