"AİPAC" Trampın Sepah-a qarşı qərarını sevinclə qarşıladı
Apr 09, 2019 19:21 Asia/Baku
-
"AİPAC" Trampın Sepah-a qarşı qərarını sevinclə qarşıladı
Amerikada sionist lobbi təşkilatı olan AİPAC İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adının ABŞ Dövlət Departamentinin terrorçu qruplar siyahısına daxil edilməsini sevinclə qarşıladı.
Fars xəbər agentliyinin bildirdiyinə görə, Amerika - İsrail İctimai Əlaqələr Komitəsi (AİPAC) bəyanat yayaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adının ABŞ tərəfindən "xarici terrorçu qruplar" siyahısına daxil edilməsini müsbət qarşılayaraq, bunu İrana qarşı iqtisadi sanksiyaların artırılması istiqamətində dəyərləndirib.
AİPAC həmçinin, ABŞ hökumətinə İrandan neft idxal edən ölkələri sanksiyalardan istisna edən lisenziyalar verməməsini tövsiyə edib.
AİPAC Amerikada fəaliyyət göstərən ən böyük sionist lobbisi sayılır.