Paris Trampın Sepah-la bağlı qərarına reaksiya verdi
https://azeri.sahartv.ir/news/dünya-i338542-paris_trampın_sepah_la_bağlı_qərarına_reaksiya_verdi
Fransanın Xarici İşlər Nazirliyi ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-la bağlı qərarına reaksiyada Yaxın Şərqdə gərginliyin artmasının önlənilməsini istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2019 14:52 Asia/Baku
  • Paris Trampın Sepah-la bağlı qərarına reaksiya verdi
    Paris Trampın Sepah-la bağlı qərarına reaksiya verdi

Fransanın Xarici İşlər Nazirliyi ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-la bağlı qərarına reaksiyada Yaxın Şərqdə gərginliyin artmasının önlənilməsini istədi.

Röyters-in məlumatına görə, Fransanın Xarici İşlər Nazirliyi bu gün ABŞ-ın Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etməsinə reaksiya olaraq bildirdi: Paris Yaxın Şərqdə gərginliyin artmasının önlənilməsini istəyir. 

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Bütün tərəflərdən regionda gərginliyi körükləməkdən çəkinmələrini istəyirik. 

Bu bəyanatda həmçinin Fransanın İran ilə nüvə anlaşmasına sadiq qaldığı vurğulanıb.