Apr 09, 2019 21:35 Asia/Baku
  • Sabiq diplomat Trampın Sepah-la bağlı qərarının mənfi nəticələrinə dair xəbərdarlıq etdi
    Sabiq diplomat Trampın Sepah-la bağlı qərarının mənfi nəticələrinə dair xəbərdarlıq etdi

Vendi Şerman İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adının terrorçu qruplar siyahısına daxil edilməsini tənqid edərək, bu qərarın ABŞ ordusu üçün mənfi nəticələrinə dair xəbərdarlıq etdi.

Fars xəbər agentliyinin bildirdiyinə görə, sabiq amerikan diplomat Vendi Şerman dedi: Bəlkə də prezidentin qarşıdurma ardınca olmadığını demək olar. Amma, Sepah-ı terrorçu adlandırmağın bizim üçün necə faydalı olduğunu demək olar? 

Vendi Şerman həmçinin dedi: Gərginliyə səbəb olacaq bu qərar heç şübhəsiz regiondakı hərbçilərimizi təhlükəyə atacaq. 

Vendi Şermandan öncə ABŞ Dövlət Departamentinin sabiq rəsmisi Riçard Nepheu və ABŞ Konqresinin üzvü İlhan Ömər də Tramp hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a qarşı rəftarını tənqid edib. 

Teqlər