Əlcəzairdə prezident seçkiləri iyulun 4-də keçiriləcək
https://azeri.sahartv.ir/news/dünya-i338671-Əlcəzairdə_prezident_seçkiləri_iyulun_4_də_keçiriləcək
Əlcəzair prezident administrasiyası dünən bildirib ki, bu ölkənin prezident seçkiləri bu il iyulun 4-də keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2019 04:55 Asia/Baku
  • Əlcəzairdə prezident seçkiləri iyulun 4-də keçiriləcək
    Əlcəzairdə prezident seçkiləri iyulun 4-də keçiriləcək

Əlcəzair prezident administrasiyası dünən bildirib ki, bu ölkənin prezident seçkiləri bu il iyulun 4-də keçiriləcək.

Əlcəzairin müvəqqəti prezidenti Əbdulqadir bin Salih deyib ki, iyulun 4-ü, bu ölkənin istefa vermiş prezidenti Əbduləziz Butəfliqənin canişininin seçiləcəyi gündür.

Əlcəzairdə prezident seçkiləri zamanının təyin edilməsi elə bir haldadır ki, bu ölkə parlamenti çərşənbə axşamı günü senat və milli məclis bölmələrində senat sədri Əbdulqadir bin Salihi Əlcəzairin müvəqqəti prezidenti seçdi.

Bin Salih doxsan gün müddətinə Əlcəzairin müvəqqəti prezidentidir.

Əlcəzairdə altı həftə müddətinə geniş anti-hökumət aksiyalarının ardınca Əbduləziz Butəfliqə rəsmi şəkildə Əlcəzair prezidentliyindən istefa verdyini elan etdi.

Xəstə olan 82 yaşlı Butəfliqə ötən fevral ayında elan etdi ki, beşinci dəfə dalbadal Əlcəzair prezidentliyinə namizədliyini irəli sürəcək. Bu xəbər Əlcəzairdə geniş etiraz dalğalarına yol açdı.

Butəfliqə 1999-cu ildən Əlcəzairin prezidenti idi.