Amerikanın hərəkətləri İran xalqı ilə düşmənçilik və küdurəti göstərir
İranın müdafiə naziri deyib: İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın adının terror qrupları siyahısına salınması Amerikanın İran xalqı ilə düşmənçiliyi, inadı və küdurətinin dərinliyini göstərir.
İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bildirib ki, bu gün Sepah müxtəlif sahələrdə diqqətəlayiq qüdrət və qələbələrə görə, düşmənlərin gözlərinə batan tikan kimidir.
O, deyib: Amerikalılar əsəbilik və divanəliklə qanuni və xidmətgöstərən silahlı qüvvələri beynəlxalq qayda-qanunların əksinə olaraq, terror qrupu kimi təqdim ediblər.
İranın müdafiə naziri deyib: Şübhəsiz, düşmən İranın məlumatlı və gözüaçıq xalqı ilə mübarizədə üzüqara olacaq və bu əbləhcəsinə və ağılsız hərəkətə qarşı daxili və beynəlxalq etirazlar və mövqelər bu məsələyə bir faktdır.
General Hatəmi əlavə edib: Son qırx il ərzində İran xalqı Amerikanın başçılığı altda olan imperializm sistemi ilə bütün mübarizə meydanlarının qalibi olduğu kiimi, bu dəfə də sanksiyaları arxada qoyaraq, döyüş meydanından başıuca çıxacaqdır.