Rusiya-NATO həmkarlığı tam şəkildə kəsilib
Apr 15, 2019 19:12 Asia/Baku
Rusiya xarici işlər nazirinin müavini Rusiya ilə NATO arasındakı həmkarlığın tam şəkildə kəsilməsindən xəbər verib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib ki, iki tərəf arasında hərbi və mülki miqyaslarda əməkdaşlıq bu gündən etibarən tam şəkildə kəsilir.
Amerika və NATO-nun Rusiya sərhədləri ətrafındakı düşmənçilik və əmin-amansızlıq yaradan hərəkətlərinə toxunan Rusiya xarici işlər nazirinin müavini ümidvarlıq edibdir ki, bu həmkarlıqların kəsilməsi Rusiya ilə NATO arasında ciddi münaqişələrə gətirib çıxarmayacaq.
Aleksandr Qruşko vurğulayıb ki, Moskva NATO-nun ehtimal olunan təhdidləri ilə mübarizəyə hazırdır və Rusiya ilə bu təşkilat arasında müharibənin baş verməsi bəşəriyyət üçün böyük bir faciə olacaqdır.