Parisin Notr-Dam kilsəsinin başlıca hissəsi dağılıb
https://azeri.sahartv.ir/news/dünya-i338977-parisin_notr_dam_kilsəsinin_başlıca_hissəsi_dağılıb
Yanğın nəticəsində Parisin Notr-Dam kilsəsinin başlıca hissəsi dağılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2019 04:54 Asia/Baku
  • Parisin Notr-Dam kilsəsinin başlıca hissəsi dağılıb

Yanğın nəticəsində Parisin Notr-Dam kilsəsinin başlıca hissəsi dağılıb.

Paris yanğınsöndürmə məmurları deyiblər ki, göstərilən bütün səylərə rəğmən, dünən gecədən bu gün səhərədək davam edən geniş yanğın nəticəsində Notr-Dam kilsəsinin binasına və oradakı tarixi əsərlərə ciddi xəsarətlər dəyibdir.

Belə bir halda, Paris prokuroru təmirdə olan bu kilsədə yanğının baş verməsinin səbəbi barədə ilkin təhqiqatların başlandığını bildirərək, deyib ki, bu hadisədə təxribatçılıq ehtimalı da mövcuddur.

Paris yanğınsöndürmə rəsmilərinin sözlərinə görə, bu yanğında ölən və ya yaralanan olmayıb, zira yanğın zamanı hadisə yerində bir fəhlə olmayıbdır.

Məlumatlara görə, on min qüvvəyə malik olaraq Avropada ən iri, dünyada isə üçüncü yanğınsöndürmə təşkilatı sayılan Paris yanğınsöndürmə təşkilatı bu gün səhərədək tarixi Notr-Dam kilsəsindəki yanğını söndürə bilməyibdir.