Pxenyan yeni raket sınağı keçirib
Şimali Koreyanın rəsmi informasiya agentliyi bu ölkənin yeni raket sınağı keçirməsindən xəbər verib.
Şimali Koreyanın rəsmi informasiya agentliyi bu gün bir bəyanatda bildirib ki, bu ölkə dünən yeni istiqamətləndirilən taktiki raketi sınaqdan keçirib.
Şimali Koreyanın rəhbəri Kim Çen In bu raket sınağına nəzarət edibdir.
Şimali Koreyanın bu yeni raket sınağı bu ölkənin rəhbəri Kim Çen In-ın fevralın 28-də Vyetnamın Hanoy şəhərində ABŞ prezidenti Donald Trampla olan uğursuz iclasından sonra keçirilən ilk raket sınağıdır.
Şimali Koreyanın rəhbəri Kim Çen In və ABŞ prezidenti Donald Tramp 2018-ci ilin iyununda Sinqapurda və 2019-cu ilin fevralında Vyetnamda görüşüblər. Trampın artıqtamahlığı bu müzakirələrin uğursuz qalmalarının əsas amilidir.
Şimali Koreyaya qarşı sanksiyaların davam etməsindən, Cənubi Koreyanın yeni silah alqılarından, həmçinin Amerikanın və onun regional müttəfiqlərinin Koreya yarımadasındakı manevrlərinin yeni etapından sonra son həftələrdə Rəsmi Pxenyan elan etmişdi ki, bu prosesin davam edəcəyi halda, öz raket sınaqlarını bərpa edəcəkdir.
Koreya yarımadasındakı nüvə böhranını həll etmək məqsədilə Şimali Koreyanın xoşməramlılıq göstərməsinə rəğmən, Amerika bu müzakirələrdəki razılaşmalara əməl etməyərək, Pxenyana qarşı sanksiyalarını davam etdirməkdədir.