EKO məntəqəsində turizm sənayesinə diqqət vacibliyi
EKO iqtisadi əməkdaşlıq təşkilatının baş katib müavini deyib: Turizm olaylarına və müxtəlif fəaliyyətlərə rəğmən, EKO davamlı turizm inkişafı üçün hələ əhatəli regional bir strategiyaya malik deyildir.
Kanun Nəzərov dünən gecə İranın Zəncan şəhərində keçirilən “EKO Qidası- İpək Yolu” adlı beşinci beynəlxalq festivalda əlavə edib: Regionun imkanlarından bəhrələnmək üçün turizm fəaliyyətlərinin müxtəlifliyi, keyfiyyətli xidmətlərin əlçatılası olması və regionla tanışlıq zəruri bir ehtiyac hesab olunur.
EKO iqtisadi əməkdaşlıq təşkilatının baş katib müavini deyib: EKO dairəsi diqqətəlayiq bir imkana malik olubdur və EKO məntəqəsi tarixi və mədəni irs baxımından dünyanın ən varlı məntəqələrindən biri sayılır. Üstəlik, bu məntəqə Avropa və Çin kimi iki mühüm beynəlxalq bazar arasında yerləşir.
EKO iqtisadi əməkdaşlıq təşkilatının baş katib müavini daha sonra deyib: Turizm ölkələrin iqtisadi inkişaflarında mühüm rol oynayır; belə ki, ötən 6 ayda turizm dünya səviyyəsində bioloji müxtəliflik və genişliyi təcrübə edibdir.
Kanun Nəzərov deyib: 2017-ci ildə 60 milyondan çox beynəlxalq turist EKO məntəqəsinə səfər edibdir ki, bu da dünyada turizmin bütün statistikasının 4,5%-ni təşkil edir.
“EKO Qidası- İpək Yolu” adlı beşinci beynəlxalq festival doqquz ölkənin səfirləri və diplomatları, həmçinin EKO ölkələrinin nümayəndələri və bu təşkilata üzv aşpazların iştirakı ilə Zəncanda işə başlayıbdır.