Əfqanıstan prezidentinin fəaliyyət müddəti uzadılıb
https://azeri.sahartv.ir/news/dünya-i339210-Əfqanıstan_prezidentinin_fəaliyyət_müddəti_uzadılıb
Əfqanıstan Ali Məhkəməsinin üzvləri bu ölkə prezidenti Məhəmməd Əşrəf Qəninin fəaliyyət müddətini növbəti prezident seçkilərinədək uzadıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2019 12:33 Asia/Baku
  • Əfqanıstan prezidentinin fəaliyyət müddəti uzadılıb

Əfqanıstan Ali Məhkəməsinin üzvləri bu ölkə prezidenti Məhəmməd Əşrəf Qəninin fəaliyyət müddətini növbəti prezident seçkilərinədək uzadıblar.

Ava xəbər agentliyinin verdiyi məlumata görə, Ali Məhkəmə növbəti prezident seçkilərinin keçirilməsi və yeni prezidentin müəyyənləşməsinədək Əşrəf Qəninin prezidentlik müddətini uzadıb. 

Əfqanıstan prezidentinin fəaliyyət müddəti 22 mayda bitəcək, prezident seçkiləri isə 28 sentyabrda keçirilməlidir.