İŞİD Şri-Lanka partlayışlarının amilidir
https://azeri.sahartv.ir/news/dünya-i339306-İŞİd_Şri_lanka_partlayışlarının_amilidir
İŞİD terror qrupu Şri-Lanka partlayışlarının məsuliyyətini üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2019 12:37 Asia/Baku
  • İŞİD Şri-Lanka partlayışlarının amilidir
    İŞİD Şri-Lanka partlayışlarının amilidir

İŞİD terror qrupu Şri-Lanka partlayışlarının məsuliyyətini üzərinə götürüb.

İŞİD-in informasiya agentliyi- Əmaq bu gün qısa bir xəbərdə bildirib ki, Şri-Lankadakı son hücum və partlayışları bu qrupun amilləri həyata keçiriblər.

Bazar günü Şri-Lankanın paytaxtı Kolombo şəhərindəki bir neçə kilsə və oteldə törədilmiş terror partlayışları silsiləsində 321 nəfər ölüb, 521 nəfər də yaralanıbdır.