Əlcəzair xalqı onuncu cümə dalbadal aksiya keçirib
https://azeri.sahartv.ir/news/dünya-i339432-Əlcəzair_xalqı_onuncu_cümə_dalbadal_aksiya_keçirib
Əlcəzair xalqı onuncu cümə dalbadal aksiya keçirərək, Butəfliqə dövründən qalan bütün ünsürlərin hakimiyyət orqanlarından kənarlaşdırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2019 12:48 Asia/Baku
  • Əlcəzair xalqı onuncu cümə dalbadal aksiya keçirib
    Əlcəzair xalqı onuncu cümə dalbadal aksiya keçirib

Əlcəzair xalqı onuncu cümə dalbadal aksiya keçirərək, Butəfliqə dövründən qalan bütün ünsürlərin hakimiyyət orqanlarından kənarlaşdırılmasını istəyib.

Əlcəzairli etirazçılar bu gün dalbadal onuncu cümədə paytaxt Əlcəzairin "əl-Bərid əl-Mərkəzi" meydanında keçirdikləri aksiyada həmçinin Butəfliqə dövrünün pozğun şəxsiyyətlərinin cəzalandırılmaları vacibliyini vurğulayıblar.

Digər tərəfdən, informasiya mənbələri bildiriblər ki, "Xalq seçimlərinin köməyi və dəyişiklik istəyən qruplar" adlı koalisiya bir bəyanatda Əlcəzair ordusunun baş qərargah rəisi general-mayor Əhməd Qaid Salihin dialoqla bağlı dəvətini qəbul edib və xalqın tələbələrinin dinc şəkildə reallaşması üzrə həll yollarının araşdırılması məqsədilə bir komitənin yaradılmasını istəyib.